İRNA-nın Qızıl Aypara Cəmiyyətinin informasiya bazasına istinadən verdiyi məlumata görə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqan Çapaqan İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin məktubunun cavbında yazıb: “Qəzza böhranında çox ehtiyac duyulan humanitar yardımın göstərilməsi istiqamətində sarsılmaz səylərinizə görə İran Qızıl Aypara Cəmiyyətinə və İran İslam Respublikası xalqına təşəkkür edirik və bunu yüksək qiymətləndiririk.”
O, əlavə edib: “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Yaxın Şərq və Şimali Afrika (MENA) Regional Ofisi İrandakı beynəlxalq federasiyası və logistika qruplarının köməyi ilə yardımların göndərilməsi və 3 səyyar xəstəxananın tikintisi sahəsində mümkün həll yollarının tapılması istiqamətində koordinasiya aparır. Həmçinin, biz hər gün Misir Qızıl Aypara Cəmiyyətinin rəhbəri ilə vizaların alınması prosesini ləğv etmək və İrandan yardımların çatdırılması üçün şərait yaratmaq məqsədilə koordinasiya edirik.”
Beynəlxalq Qızıl Xaç Federasiyasının Baş katibi: İranın Qəzzaya humanitar yük daşıması Misirin icazəsindən asılıdır
8 dekabr 2023 at 18:39
Xəbər kodu:
85315908

Tehran - İRNA - Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi bu Federasiyanın humanitar yardım göndərilməsi məqsədilə icazə almaq üçün səylərini bəyan edərək deyib: “İranın Qəzzaya humanitar yüklərin göndərilməsi Misir Xarici İşlər Nazirliyinin icazəsindən asılıdır.
Sizin rəyiniz