11 dekabr 2023 at 11:09
Jurnalist kodu: 5487
Xəbər kodu: 85318653
T T
0 Persons

Tags

Blinken: İsrail mülki insanları qorumaqda uğurlu əməl etməyib

11 dekabr 2023 at 11:09
Xəbər kodu: 85318653
Blinken: İsrail mülki insanları qorumaqda uğurlu əməl etməyib

Tehran - İRNA - İndiyədək sionist rejimi Qəzzanın müdafiəsiz xalqını qətlə yetirməkdə bütün gücü ilə müdafiə edən ABŞ dövlət katibi Antoni Blinken deyib ki, İsrail ordusu mülki insanları qorumaqda uğurlu əməl etməyib.

İRNA-nın bazar günü axşam saatlarında “CNN”-ə istinadən verdiyi xəbərə görə, Blinken CNN-in “Birliyin vəziyyəti” verlişində deyib: “Mülki əhalinin qorunması vacibdir.”

O, açıqlamasının davamında deyib: “İsrail Qəzzaya hücumları zamanı fələstinli mülki əhalini qorumaqda nöqsana yol verib.”

Amerikanın yüksək rütbəli rəsmisi əlavə edib: “Qəzzaya daha çox yardımın daxil ola bilməsi üçün döyüşlərdə azalma görmürük. Elə bir yer yoxdur ki, İsrail ora hücum etməsin və mülki əhali orada sığına bilsin.”

“Biz düşünürük ki, mülki əhalinin müdafiəsi üçün daha çox işlər görülməlidir. Ona görə də, İsrailin mülki insanları qorumaq vədləri ilə minlərlə insanın öldürülməsi reallığı arasında “məsafə” böyükdür”-deyə, Blinken qeyd edib.

Sizin rəyiniz

You are replying to: .