11 dekabr 2023 at 20:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85319369
T T
0 Persons

Tags

İranın Ciddədəki Baş Konsulluğu 8 ildən sonra fəaliyyətə başlayıb

Tehran - İRNA - İranın Ciddədəki Baş konsulu etimadnaməsini Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ofisinin Baş direktoruna təqdim edib.

İRNA-nın xarici siyasət üzrə bölməsinin məlumatına görə, İran İslam Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Rza İnayati sosial şəbəkədə İranın Ciddədəki Baş konsulu Həsən Zərnigar Əbərquyinin öz etimadnaməsini Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ofisinin Baş direktoru Mazən bin Həməd əl-Həməliyə təqdim etdiyini bildirib, ona və İranın Baş Konsulluğunun üzvlərinə uğurlar arzulayıb.

Zərnigar Əbərquyi Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərində İranın Baş konsulu təyin edilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .