İRNA-nın məlumatına görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikası ilə Türkmənistan Respublikası arasındakı əlaqələri qardaşlıq münasibətləri kimi qiymətləndirib, həmçinin iki ölkə arasındakı sərhədləri sülh və dostluq sərhədləri adlandırıb, tərəflər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirililməsini vurğulayıb.
Türkmənistan Respublikasının Xarici İşlər Naziri Rəşid Meredov da bu yaxınlarda Moskvada Əmir Abdullahiyan ilə apardığı konstruktiv danışıqlara toxunaraq, iki ölkə arasında xüsusilə enerji, qaz, nəqliyyat və yol əməkdaşlığı sahəsində əlaqələri çox vacib adlandırıb.
O, bir daha Türkmənistan Respublikasının İran İslam Respublikası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Sizin rəyiniz