12 dekabr 2023 at 18:18
Jurnalist kodu: 5487
Xəbər kodu: 85320444
T T
0 Persons

Tags

“Hava-hava” tipli raketilə təchiz edilmiş “Kərrar” ölkənin qərb bölgəsinin HHM sisteminə qoşuldu

Həmədan - İRNA - “Məcid” hava-hava raketləri ilə təchiz edilmiş Kərrar pilotsuz təyyarəsi Həmədan valisinin qatıldığı mərasimdə ölkənin qərb bölgəsinin Hava Hücumundan Müdafiəsinə qatılıb.

İRNA-nın Həmədan valiliyinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən verdiyi məlumata görə, bu mərasimdə “Məcid” hava-hava raketi ilə təchiz edilmiş, 600 km uçuş məsafəsi və 50.000 fut uçuş hündürlüyünə malik Kərrar pilotsuz təyyarə Həmədan valisinin “Ya Fatimətəz-Zəhra” parolunun elanı ilə düşmən təyyarələri və raketlərinin izlənməsi və məhv edilməsi məqsədilə ölkənin qərb HHM zonasına əlavə edildi.

Həmədan valisi bu mərasimdə deyib: “Kərrar pilotsuz təyyarəsi ilə İran İslam Respublikası səmasının heç bir hissəsi düşmənlər üçün təhlükəsiz olmayacaq. İstənilən düşmən və təcavüzkar uçan obyekt hədəfə alınacaq.”

Əlirza Qasimi Farzad əlavə edib: “Kərrar PUA İslami İran övladlarının yerli biliklərə əldə etdiyi nailiyyətlərdən biridir. Kərrar uçuş məsafəsi 600 km və uçuş hündürlüyü 50.000 fut olmaqla daha çox çəkindirici güc yaradır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .