12 dekabr 2023 at 19:03
Jurnalist kodu: 5487
Xəbər kodu: 85320479
T T
0 Persons

Tags

Moskva: İran və Rusiya yeni və böyük ikitərəfli saziş ardıncadır

Moskva - İRNA - Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İranla yüksək hazırlıq səviyyəsində olan yeni və “böyük” saziş üzərində işlərin sürətləndirildiyini açıqlayıb.

İRNA-nın çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında bazar ertəsi axşam saatlarında İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı ilə bağlı yayılan bəyanatda deyilir: “İran və Rusiyanın xarici işlər nazirləri dekabrın 7-də Moskvada iki ölkə başçıları tərəfindən müzakirə edilən ikitərəfli əməkdaşlıqda qaldırılan məsələlər haqda ətraflı fikir mübadiləsi apardılar.”

Rusiya XİN-nin bəyanatında həmçinin bildirilib ki, tərəflər yüksək hazırlıq səviyyəsində olan yeni və “böyük” ikitərəfli saziş üzərində işi daha çox sürətləndirmək barədə razılığa gəldilər.

İran və Rusiya xarici işlər nazirləri Qəzza böhranına toxunaraq, Qəzza zolağında davam edən qarşıdurmalardan və humanitar vəziyyətin pisləşməsindən narahatlıq ifadə etdilər. 

Bəyanatda qeyd olunur ki, Əmir Abdullahiyan və Lavrov dərhal atəşkəs, mülki zərərçəkənlərə təclili humanitar yardım və bu istiqamətdə BMT-nin imkanlarından istifadənin vacibliyini vurğuladıblar.

Bazar ertəsi axşam saatlarında Hüseyn Əmir Abdullahiyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli və regional münasibətlərin gündəmindəki bəzi məsələlər, o cümlədən Qəzza və İordan çayının qərb sahilinə qarşı müharibədə son hadisələrlə bağlı telefon danışığı aparıb.

O, bu telefon danışığında İran və Rusiya prezidentlərinin Moskvadakı son görüşünə toxunub, ikitərəfli əməkdaşlıq gündəmindəki məsələləri nəzərdən keçirib, İran İslam Respublikası və Rusiya Federasiyasının yüksək rütbəli rəsmiləri arasında məsləhətləşmələr və təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .