14 dekabr 2023 at 11:56
Jurnalist kodu: 5487
Xəbər kodu: 85322224
T T
0 Persons

Tags

Bu gün bütün müdafiə ehtiyacları ölkə daxilində istehsal olunur

14 dekabr 2023 at 11:56
Xəbər kodu: 85322224
Bu gün bütün müdafiə ehtiyacları ölkə daxilində istehsal olunur

Tehran - İRNA - Ali Baş Komandanlığın hərbi ofisinin rəhbəri deyib: “Artıq müdafiə təchizatının istehsalında mühüm nailiyyətlər əldə etmişik və ən müasir qlobal texnologiyalara sahibik. Halbuki, bir vaxtlar bütün bu ehtiyaclar xaricdən alınırdı, amma bu gün bütün bu ehtiyaclar ölkə daxilində istehsal olunur.”

İRNA-nın müdafiə sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, general Məhəmməd Şirazi cümə axşamı ordu qərargahında keçirilən “İnqilabi ordunun insan gücündən insan kapitalına qədər ilk hərtərəfli tərbiyə və təhsili” sərgisinin yekun mərasimində deyib: “Təhsil və tərbiyə İnqilabın Ali Rəhbərinin vurğuladığı məsələlərdən biridir. Biz Müqəddəs Müdafiənin qiymətli təcrübələrindən və ustadların biliklərindən istifadə edərək gəncləri İslami İranın mükəmməlliyi üçün yetişdirməyi bacarmalıyıq.”

O, əlavə edib: “İnqilabın Ali Rəhbəri hər zaman Silahlı Qüvvələrin İslam inqilabı səviyyəsində bir iş görməsini vurğulayır. İslam inqilabının məqamı çox yüksəkdir və bu səviyyədə iş görmək asan məsələ deyil. Biz bu istiqamətdə böyük səylə getməliyik.”

Ali Baş Komandanlığın hərbi ofisinin rəisi qeyd edib ki, “Bu gün İmam Xomeyni (r) və İnqilabın Ali Rəhbərinin rəhbərliyi ilə tərəqqi yolundayıq və çox mühüm nailiyyətlər əldə etmişik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .