İrəvani BMT və Təhlükəsizlik Şurasından Sistan və Bəlucistandakı terror aktını pisləməyi tələb edib

Nyu York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antoniu Quterreşə və həmçinin Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Sistan və Bəlucistandakı terror aktını pisləyib və deyib: İran İslam Respublikası dərhal baş katibdən və Təhlükəsizlik Şurasından bu hücumu açıq və ən sərt şəkildə pisləmələrini xahiş edir.

İRNA-nın BMT-dəki müxbirinin verdiyi məlumata görə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi yerli vaxtla cümə günü 15 dekabr 2023-cü il tarixli məktubunda deyib: Dərin təəssüf hissi ilə BMT Baş katibinin və Təhlükəsizlik Şurasının üzvlərinin diqqətini bu gün, 15 dekabr 2023-cü il tarixində səhər saatlarında İranda baş vermiş növbəti faciəli terror aktına cəlb edirəm. Sistan və Bəlucistan əyalətində Rask polis idarəsinin hədəf alındığı iyrənc cinayət 11 iranlı polis məmurunun ürək ağrıdan şəhadəti və 8 nəfərin yaralanması ilə nəticələnib. Bu qınanılan hadisədən sonra “Ceyş əl-Ədl” terror qruplaşması Raskdakı polis qərargahına hücumun məsuliyyətini öz üzərinə götürüb.

İrəvani bu məktubda vurğulayıb: İran İslam Respublikası dərhal baş katib və Təhlükəsizlik Şurasından bu hücumu açıq və ən sərt şəkildə pisləmələrini xahiş edir. Bu tələb Baş katibin qəti və aydın mövqeyinə, habelə qətnamələr vasitəsilə terrorizmi beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid kimi ardıcıl olaraq tanıyan və bir daha təsdiq edən Təhlükəsizlik Şurasının sübut edilmiş təcrübəsinə uyğundur.
BMT-nin sözçüsü Stiven Düjarrik də yerli vaxtla cümə günü jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib: Biz İrandakı hücumlarla bağlı xəbərləri görmüşük və tezliklə bununla bağlı açıqlama verəcəyik.

 

0 Persons

Sizin rəyiniz

You are replying to: .