İRNA-nın bazar ertəsi Əl-Cəzirə kanalına istinadən verdiyi məlumata görə, general-mayor Yusif Əl-Mədəni əlavə edib: Qəzzada döyüşlərin artması Qırmızı dənizdə münaqişələrin artmasına, Qəzzada sakitlik isə Qırmızı dənizdə sakitliyə səbəb olacaq.
O, əlavə edib: Bizimlə Fələstin arasında məsafə və ayrılıq salmaq istəyən hər bir ölkə və tərəflə məşğul olacağıq.
Yəmən ordusu ötən həftələr ərzində Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı dəniz və Babül-Məndəb boğazında sionist rejimin bir neçə gəmisini hədəfə alıb.
Yəmən Hərbi Dəniz Qüvvələri daha öncə xəbərdarlıq etmişdi ki, onlar İsrailin Qəzzaya təcavüzləri və Fələstin xalqına qarşı cinayətləri dayandırılana qədər düşmən gəmiləri və maraqlarına qarşı hərbi əməliyyatları davam etdirəcəklər.
Yəmən silahlı qüvvələri bundan öncə elan etmişdi ki, işğal rejiminin Qəzza zolağında hərbi əməliyyatlarına cavab olaraq, İsrailin imkan çatan hər hansı gəmisini hədəfə alacaq.
Sizin rəyiniz