18 dekabr 2023 at 19:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85325966
T T
1 Persons

Tags

Yəmən Ordusu: Sionist rejimə aid 2 gəmini hədəfə aldıq

18 dekabr 2023 at 19:44
Xəbər kodu: 85325966
Yəmən Ordusu: Sionist rejimə aid 2 gəmini hədəfə aldıq

Tehran - İRNA - Yəmən Ordusu bu gün (bazar ertəsi) axşam saatlarında Qırmızı dənizdə sionist rejimə aid 2 gəminin hədəfə alındığını bildirib.

İRNA-nın bazar ertəsi “Əl-Məsirə” telekanalına istinadən verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general Yəhya Sərii deyib: “Hazırda Qəzza zolağında qətliam edilən, dağıntılar altında qalan və mühasirədə olan Fələstin xalqına qarşı zülm üzərində qələbə naminə, eləcə də azad Yəmən xalqının çağırışına cavab olaraq Hərbi Dəniz Qüvvələri sionist rejimlə əlaqəli iki gəmiyə qarşı unikal hərbi əməliyyat keçirib. Birinci gəmi neft daşıyan “Swan Atlantic”, ikinci gəmi konteyner daşıyan “MSC Clara” idi.”

Y. Sərii əlavə edib: “Bu iki gəmi iki dəniz təyyarəsi tərəfindən hədəfə alınıb. Hədəf əməliyyatı onların ekipajlarının Yəmən Hərbi Dəniz Qüvvələrinin çağırışlarına cavab verməkdən imtina etdikdən sonra həyata keçirilib.

Yəmən Silahlı Qüvvələri bir daha sionist rejimin bütün gəmilərinə və ya bu rejimlə əlaqəli gəmilərə xəbərdarlıq edir ki, Yəmən Silahlı qüvvələrinin bu və bundan əvvəlki bəyanatlarında qeyd olunan hallar pozulduqda, onlar Yəmən Ordusunun qanuni hədəfinə çevriləcəklər.”

Yəhya Sərii müxtəlif ölkələrin limanlarına gedən bütün ölkələrin gəmilərini bir daha əmin edib ki, Yəmən tərəfdən heç bir zərər onları təhdid etməyəcək və Yəmən Ordusunun əməliyyatları yalnız sionist rejimə aid gəmiləri əhatə edir.

1 Persons

Sizin rəyiniz

You are replying to: .