Höccətül-islam Mikayıl İskəndəri çərşənbə axşamı günü 9 Dey qəhrəmanlığına aid “Milli Bəsirət və Ümmətin Əhd-Peyman günü”, eləcə də, “Qadınlar Həftəsi”nin koordinasiya və planlaşdırma iclasında deyib: “2009-cu il iğtişaşları və fitnələri zamanı təbrizlilər 8 dey günü vilayət dairəsinin təhlükəsizliyinə dəstək məqsədilə yürüş keçirərək, İran xalqının ayağa qalxması üçün zəmin yaratdılar. Bu hadisə İslam İnqilabı tarixində əbədi olaraq qaldı.”
İskəndəri Şərqi Azərbaycan İslam Təbliğatının Koordinasiya Şurasının 9 Dey qəhrəmanlığının uca tutulması məqsədilə müxtəlif mədəni-siyasi tədbir və mərasimlərin keçirilməsi üçün səylərindən danışıb, Təbrizin Müsəlla toplantı zalında “Milli Bəsirət və Ümmətin Vilayətlə Əhd Günü”nün keçiriləcəyini xəbər verərək deyib: “Bu mərasim səhər saat 10:00-dan 12:00-a qədər İslam Şurasının proqram və büdcə komissiyasının rəhbəri Həmidrza Hacıbabayinin çıxışı ilə keçiriləcək.”
Sizin rəyiniz