İRNA-nın siyasi müxbirinin verdiyi məlumata görə, İran və Türkiyə nümayəndə heyətlərinə başçılıq edən Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri və Türkiyə Xarici İşlər nazirinin müavini Əhməd Yıldız iki qonşu ölkə arasında siyasi məsləhətləşmələrin yeni mərhələsini keçirib.
Bu görüşdə ikitərəfli, regional və beynəlxalq sahələrdə hər iki tərəfi maraqlandıran müxtəlif mövzular müzakirə edilib, iki ölkə arasında qarşılıqlı əlaqənin artırılması, həmçinin Tehran və Ankara arasında siyasi, təhlükəsizlik, iqtisadi, mədəni, media və elmi sahələrdə əlaqələrin yüksəldilməsi yolunda yeni qapıların açılması yolları ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.
Qəzzada böhran, sionist rejimin Qəzza zolağı və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı hərbi cinayətləri və soyqırımlarının davam etməsi, bu cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlərin görülməsi, təcili və qeyd-şərtsiz yardımın göstərilməsi, Qəzzanın 16 illik blokadasının aradan qaldırılması, Fələstin xalqının Qəzzadan köçürülməsinin qarşısının alınması zərurəti Tehran görüşündə İran və Türkiyənin iki siyasi rəsmisi arasında danışıqların əsas mövzusu olub.
Sizin rəyiniz