22 dekabr 2023 at 19:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85329928
T T
1 Persons

Tags

Yaxın vaxtlarda İranla Azərbaycan arasında yeni tranzit marşrutu açılacaq

Tehran - İRNA - İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədrləri bu gün axşam saatlarında telefon danışığında iqtisadi əlaqələrin, xüsusilə iqtisadi sahədə, o cümlədən nəqliyyat, enerji və s. sahəsində son vəziyyəti müzakirə edib və fikir mübadiləsi aparıblar.

İran İslam Respublikası və Azərbaycan Respublikasının Birgə İqtisadi Komissiyasının həmsədrləri Mehrdad Bəzrpaş və Şahin Mustafayev bu telefon danışığında iki ölkə arasındakı münasibətlərdə, xüsusən də iqtisadi sahədəki son vəziyyəti nəzərdən keçiriblər, birgə layihələrin, o cümlədən Astarada yeni tranzit marşrutunun və birgə bəndlərin yekunlaşdırılmasının sürətləndirilməsini vurğulayıblar.

Şahin Mustafayev iki ölkə arasında yük tranzitinin əhəmiyyətli dərəcədə artmasından məmnunluğunu ifadə edərək deyib: “2023-cü ildə iki ölkə arasında daşıma 40%, beynəlxalq tranzit 57%, dəmir yolu nəqliyyatı isə 47% artıb. Eyni dövrdə iki ölkə arasında dəmir yolu ilə ilk dəfə olaraq, əsasən Rusiyaya 700 min tondan çox yük daşınıb.”

Tərəflər, həmçinin iki ölkənin birgə komissiyasının rəhbərlərinin iştirakı ilə yaxın vaxtlarda Astara sərhədində iki ölkə arasında yeni tranzit keçidinin açılması barədə razılığa gəliblər.

Sizin rəyiniz

You are replying to: .