Çox təəssüfləndirici haldır ki, sionist rejimin Qəzza zolağında müdafiəsiz insanlara qarşı dəlicəsinə hücumlarından 77 gün keçməsinə baxmayaraq, ABŞ hökuməti Təhlükəsizlik Şurasında müharibənin dayandırılması və Qəzzada sionist rejimi hərbi cinayətləri və törətdiyi soyqırımı dayandırmağa məcbur edən qətnamənin qəbulunun qarşısını almağa davam edir.
77 gün ərzində müasir tarixdə ən misli görünməmiş hərbi cinayətlərə məruz qalmış, yaşayış evlərinin, şəhər və xidmət infrastrukturlarının 60 faizdən çoxu dağıdılmış xalqa qarşı sionist rejimin bombardmanları və hərbi hücumlarının davam etdiyi bir vaxtda təsirli humanitar yardımların göndərilməsi praktiki olaraq mümkün deyil və BMT Baş katibinin bu qətnamənin təsdiqindən sonra verdiyi açıqlamalar da bu acı reallığı əks etdirir.
Bu qətnamənin təsdiqi BMT Təhlükəsizlik Şurasının məsuliyyətlərini azaltmır və ABŞ hökuməti İsrail rejimi tərəfindən Qəzza və İordan çayının qərb sahilində Fələstin vətəndaşlarına qarşı amansız hücumların və hərbi cinayətlərin davam etməsinə görə məsuliyyət daşıyan ilk tərəfdir.
Sizin rəyiniz