Ali Məqamlı Rəhbər: İdarəetmə işlərində qadınların iştirakına məhdudiyyət yoxdur - Meyar bacarıqdır

Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri deyib: “Qadınların müxtəlif idarəçilik, siyasi, sosial və mədəni işlərdə iştirakına heç bir məhdudiyyət yoxdur və meyar bacarıqdır.

İRNA-nın siyasət sahəsi üzrə qrupunun məlumatına görə, minlərlə qadın bu gün - 27 dekabr çərşənbə günü - İmam Xomeyni (r) hüseyniyyəsində İnqilabın Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.

İslam İnqilabının Ali Rəhbəri bu görüşdə Qərb sivilizasiyasının qadınla bağlı çox mühüm və həyati əhəmiyyət kəsb edən məsələyə yanaşmasının mənfəətpərəstlik və ləzzətpərəstlik kimi iki amildə cəmləşdiyini bəyan edərək deyib: “İslamda qadın məsələsi İslamın güclü məqamlarından biridir. İslamın qadınla bağlı bütün sahələrdə güclü məntiqi və rasional dəstəyi var.”

O, çıxışının digər hissəsində deyib: “Bu gün dünyada bütün bu sahələrdə iki yanaşma mövcuddur. Onlardan biri Qərbdə adət halını almış yanaşmadır. Bu qeyri-qərb ölkələrində də yayılıb və biz bütün sahələrə işarə etdik. Digər yanaşma isə islami yanaşmadır. Bu iki yanaşma bir-biri ilə təzaddadır.”

Həzrət Ayətullah Xamanei əlavə edib: “Lakin, önəmli hesab etdiyim bir məqam var. Bu da ondan ibarətdir ki, Qərbin mədəni və sivilizasiya sistemi bu məsələləri müzakirə etmək istəmir, müzakirəyə və araşdırmaya girməkdən yayınır. Bu sahələrdə bir çox sualları qərb mədəniyyəti, qərb sistemi, qərb sivilizasiyası və mədəni sistemi müzakirə etməyə razı olmur, mübahisələr və oyunlarla, incəsənətdən, kinodan, gücdən, virtual məkandan və s. istifadə edərək məsələni irəli aparır. Müzakirə etməyə və suallara cavab vermək istəmir. Səbəb isə Qərbin heç bir məntiqinin olmamasıdır.”

İslam İnqilabının Ali Rəhbəri deyib: “Həqiqətən, Fatimə-Zəhranın (Allahın salamı olsun ona) əzəməti Peyğəmbərin Əhli-beytindən, Allah Rəsulunun özündən və övladlarından başqa heç bir insanla müqayisə edilə bilməz. Mənim fikrimcə, müsəlman qadın Fatimə-Zəhradan (ə) daha yaxşı nümunə tapa bilməz.”

Ayətullah Xamenei tövsiyə edib ki, İslam camiəsinin əziz xanımları, istər ev işində, istər ictimai-siyasi fəaliyyətdə, istərsə də hikmət və elmdə Fatimə-Zəhranın (ə) ardıcılı olmağa çalışsınlar.

Ali Məqamlı Rəhbər vurğulayıb: “Qadınların müxtəlif idarəçilik, siyasi, sosial və mədəni işlərdə iştirakına heç bir məhdudiyyət yoxdur. Meyar bacarıqdır.”

Ailə ilə bağlı tövsiyələrini bildirən həzrət Ayətullah Xamenei deyib: “Evdə qadın və kişi bir-birini başa düşməlidir. Evdə işləmək mütləq şəkildə qadınların vəzifəsi deyil.”

O, əlavə edib: “Ailə ilə bağlı vəzifələrdə, vəzifələr eyni deyil, hər birinin bir növ vəzifəsi var. İmkanlar, fiziki güclər, ruhi qabiliyyətlərin hər biri bir vəzifəni tapşırır. Burada gender rol oynayır. Heç nəyi nəzərə almadan mütləq şəkildə gender bərabərliyi şüarı vermələri yanlışdır. Gender bərabərliyi hər yerdə deyil, bəzi yerlərdə var və bu bərabərlik hər yerdə ola bilməz.”

Ayətullah Xamenei deyib: “Doğru olan gender ədalətidir. Gender ədaləti hər yerdə etibarlıdır. Ədalət, hər şeyi öz yerinə qoymaq deməkdir. Qadının mənəvi yaradılışı, fiziki yaradılışı və emosional yaradılışı bir sıra məsələləri tələb edir. Övlad dünyaya gətirmək, övlad tərbiyə etmək qadının işidir. Amma ailə hüququnda bərabərdir: ailədə kişinin nə qədər haqqı varsa, qadının da o qədər haqqı vardır. Deməli, ailə hüquqlarında bərabərdi, amma ailə vəzifələrində bərabər deyil.”

İRNA-nın məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri iki il əvvəl Əhli-Beyt (ə) məddahları ilə görüşündə bir qrup qadının həzrət Zəhranın (ə) mövlud günləri münasibəti ilə görüş keçirilməsi istəyinə işarə edərək, belə görüşlərin keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etdi. Ötən il də həzrət Zəhranın (ə) mövlud günlərində belə görüş keçirildi.

İslam İnqilabının Ali Rəhbəri ilə bu günkü görüşün əvvəlində yeniyetmə qızların oxuduğu mahnıdan bir parça

İslam İnqilabının Ali Rəhbəri ilə bu günkü görüşdə müxtəlif İran etnik qruplarına mənsub geyimlərlə iştirak edən qadınlar vardır.

Sizin rəyiniz

You are replying to: .