28 dekabr 2023 at 21:31
Jurnalist kodu: 5487
Xəbər kodu: 85336709
T T
0 Persons

Tags

BMT İordan çayının qərb sahilində insan haqları vəziyyətinin "sürətlə pisləşməsindən" təəssüflənib

Tehran - İRNA - BMT bu gün (28 dekabr cümə axşamı) öz hesabatında İordan çayının qərb sahilində insan haqları vəziyyətinin "sürətlə pisləşməsi"ni bildirib və bundan təəssüfləndiyini ifadə edərək, sionist rejimdən bu bölgədə fələstinlilərə qarşı zorakılıqlara son qoymasını tələb edib.

İRNA-nın məlumatına görə, “Reuters” yazıb: “BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) hesabatında deyilir: 7 oktyabr hücumundan sonra İordan çayının qərb sahilində 300 fələstinli öldürülüb.

İordan çayının qərb sahilində həlak olanların çoxu sionist rejimin təhlükəsizlik qüvvələrinin əməliyyatlarında və ya onlarla qarşıdurmada şəhid olublar.”

Hesabatda bildirilir: “Bu şəhidlərdən ən azı 105-i sionist rejimin hava hücumları və ya qaçqın düşərgələri və ya insanların sıx toplaşdığı ərazilərdəki digər hərbi əməliyyatları nəticəsində həyatını itirib.

Ən azı səkkiz nəfər isə yəhudi mühacirlər tərəfindən öldürülüb.”

Sionist rejim baş naziri Benyamin Netanyahunun ofisinin sözçüsü bu hesabatı rədd edib və onu “tamamilə gülünc” adlandıraraq deyib: “Biz o bölgədə yüzlərlə terror şübhəlisini həbs etdik və özümüzü qorumaq üçün lazım olanı etməyə davam edirik.”

Bununla bağlı, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, İordan çayının qərb sahilində fələstinlilərə qarşı lazımsız və ya qeyri-mütənasib güc tətbiqi “son dərəcə narahatedicidir”.

O, əlavə edib: “İsraili fələstinlilərə qarşı zorakılığa son qoymaq üçün dərhal təsirli və aydın addımlar atmağa, Fələstin əhalisinin təsirli müdafiəsinin təmin edilməsi üçün təhlükəsizlik qüvvələri və ya yəhudi mühacirlər tərəfindən törədilən bütün zorakılıq hadisələrini araşdırmağa çağırıram.”

BMT-nin bu ofisi qeyd edib ki, həmçinin qeyri-qanuni həbsləri, fələstinli məhbuslara qarşı işgəncə və digər pis rəftar hallarını sənədləşdirib. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının bildirdiyinə görə, oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində 4785-ə yaxın fələstinli həbs edilib.

İnsan Haqları ofisinin bu hesabatla bağlı açıqlamasında vurğulanır: “Fələstinli məhbuslardan bəziləri soyundurulub, gözləri bağlanaraq uzun saatlarca əlləri qandallı və ayaqları bağlı saxlanılıb. İsrail əsgərləri onların kürəyi və başı üstünə ayaq qoyublar, onları divara çırpıblar, hədələyib, təhqir edib və aşağılayıblar, bəzi hallarda onlara qarşı zorakılıq və cinsi qısnama ilə rəftar ediblər.”

Sizin rəyiniz

You are replying to: .