29 dekabr 2023 at 19:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85337223
T T
0 Persons

Tags

Yəmənlilərin Qəzza xalqına dəstək məqsədilə kütləvi nümayişiləri

Tehran - İRNA - Bu gün Yəmənin müxtəlif şəhərlərində Qəzza əhalisinə dəstək məqsədilə kütləvi nümayişlər keçirilib.

İRNA-nın cümə günü “Əl-Məyadin” telekanalına istinadən verdiyi xəbərə görə, yəmənlilər müxtəlif şəhərlərdə, o cümlədən bu ölkənin paytaxtı Sənada Qəzza əhalisinə dəstək məqsədilə “Qələbəyə qədər sizinləyik və Amerika bizi dayandıra bilməyəcək” adı ilə kütləvi nümayişlər keçiriblər.

Nümayişçilər Qəzzada sionist rejimin cinayətkar hərəkətlərini pisləməklə yanaşı, ABŞ-ın bu rejimin cinayətlərinə dəstəyini də pisləyiblər.

Onlar həmçinin Fələstin xalqına dəstək məqsədilə xalq yürüşlərinin davam etdirilməsini vurğulayıblar.

Bu nümayişlərin yekun bəyanatında Yəmən Silahlı Qüvvələrinin Fələstin xalqına dəstək addımları təqdir edilib.

Həmçinin Fələstində, xüsusilə Qəzza, Cənubi Livan və İraqda müqavimət mücahidlərinin qəhrəmancasına əməliyyatları yüksək qiymətləndirilib.

Bəyanatın bir hissəsində sionist rejimə dəstək məqsədilə dəniz koalisiyanın yaradılmasına qarşı çıxan bəzi ölkələrin mövqeləri də təqdir olunub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .