30 dekabr 2023 at 17:54
Jurnalist kodu: 5487
Xəbər kodu: 85338263
T T
0 Persons

Tags

Qəzzada İsrailin 2 tankı və bir transportyoru məhv edilib - Sionist yaşayış məntəqələrinə raket hücumu edilib

Tehran – İRNA - Fələstin müqaviməti bu şənbə günü günortadan sonra sionistlərin Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrinə raket hücumu və bu bölgədə quru döyüşlərində sionist rejim ordusunun iki tankı və bir zirehli transportyorunun məhv edilməsi barədə məlumat yayıb.

İRNA-nın Əl-Cəzirəyə istinadən verdiyi məlumata görə, Fələstin İslami Cihad hərəkatının hərbi qanadı Səraya Əl-Qüds bəyanat yayaraq Qəzza zolağının yaxınlığındakı Məflasim və Niraam qəsəbələrinə raket zərbələri endirdiyini bildirib.

Səraya Əl-Qüds başqa bir açıqlamada da bildirib: Qəzza şəhərində Ət-Tuffah və Əd-Dərəc cəbhələrində İsrail ordusunun bir zirehli transportyoru və iki tankını Tandom və RPQ raketləri ilə hədəfə aldıq.

Bununla əlaqədar Əl-Məyadin kanalı həmçinin bildirib ki, Fələstin müqavimət döyüşçüləri ilə işğalçı qüvvələr arasında Əl-Bricin şərqində şiddətli döyüşlər gedir və müqavimətin zərbələri altında qalan sionistlər bu mövqedən geri çəkilmək məcburiyyətində qalıblar.

Bu gün səhər saatlarında müqavimət döyüşçüləri Qəzza zolağının mərkəzində yerləşən Əl-Bric düşərgəsində İsrailin üç Merkava tankını və iki zirehli transportyorunu məhv ediblər.

Sizin rəyiniz

You are replying to: .