İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Əbu Ubeydə bu silsilə əməliyyatlarda onlarla sionist əsgərin də yaralandığını açıqlayaraq deyib ki, bu müqavimət qrupunun qüvvələri tərəfindən 42 hərbi tapşırıq yerinə yetirilib və bu əməliyyatlar zamanı Təl-Əviv ordusunun onlarla digər əsgəri həlak olub.
Əl-Qəssam sözçüsü vurğulayıb: “Biz minaatan, istehkam və piyada əleyhinə raketlərlə sionist qüvvələri hədəfə aldıq və onları sıfır məsafədən atəşə tutduq.”
Əbu Ubeydə həmçinin bildirib ki, düşmənin iki kəşfiyyat PUA-sını vurduq və daha bir pilotsuz təyyarəyə nəzarəti ələ aldıq.
O, bəyanatının davamında qeyd edib ki, düşmənin qərargahını və səhra komandanlıqlarını, hərbi toplanışlarını minaatan mərmiləri və raketlərlə darmadağın etdik.
“Mücahidlərimiz də M90 raketləri ilə Təl-Əviv şəhərini raket yağışına tutdular” - deyə, Əbu Ubeydə deyib.
Əl-Qəssam Briqadalarının sionist qüvvələrə qarşı əməliyyatı; 71 hərbi texnika,16 əsgər məhv edilib
2 yanvar 2024 at 00:04
Xəbər kodu:
85340665
Tehran - İRNA - HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bazar ertəsi axşam saatlarında bildirib: “Əl-Qəssam döyüşçüləri son dörd gündə İsrailin 71 hərbi texnikasını və 16 əsgərini məhv edib.”
Sizin rəyiniz