İRNA-nın “Əl-Məsirə” telekanalına istinadən verdiyi xəbərə görə, Məhəmməd Əbdüssəlam əlavə edib ki, bütün dünyada beynəlxalq qanunları pozan Amerikanın özüdür.
Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi də bununla bağlı deyib: “Biz İsraili Qəzza xalqının həyatını pozan və bölgənin hüquq, azadlıq, sülh və təhlükəsizliyini zəifləndirən bütün hücumları dərhal dayandırmağa çağırırıq.”
O, əlavə edib: “Biz həmçinin Təhlükəsizlik Şurasını 2.300.000 insanı İsrail-Amerika blokadasından dərhal azad etməyə çağırırıq. Çünki bu blokada ölümcül silaha çevrilmiş və Qəzzanı ən böyük həbsxanaya çevirmişdir.”
İRNA müxbirinin BMT-dən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurası ABŞ və Yaponiyanın Yəmən Ənsarullahına qarşı Qırmızı dənizdəki hücumlarla bağlı təklifini bu hücumların əsas səbəbi və Vaşinqtonun Qəzzanı bombalamaqda sionist rejimə dəstəyini qeyd etmədən təsdiqləyib.
Təhlükəsizlik Şurasının iclası 2024-cü il yanvarın 10-da cümə axşamı keçirilib. 2722 saylı bu qətnamə Təhlükəsizlik Şurasının 15 üzvünün lehinə 11 səs toplayıb.
Bu səsvermə heç bir müxalifət olmadan həyata keçirilib və Təhlükəsizlik Şurasının dörd üzvü, o cümlədən Rusiya, Çin və Əlcəzair bitərəf qalıb. Rusiya və Çin veto hüququndan istifadə etməyib.
Sizin rəyiniz