Livan Hizbullah Hərəkatı yaydığı bəyanatda bildirib: “Mücahidlərimiz müvafiq silahlarla Bərke Rişanın hərbi mövqeyini hədəfə alıblar.”
Hizbullah bu hücumda sionist rejim mövqelərinin dəqiq və birbaşa hədəf alındığını açıqlayıb.
Bununla bağlı media mənbələri Livanın cənubundan Qərbi Əl-Cəlil bölgəsinə doğru zireh əleyhinə raketin atıldığını açıqlayıb.
Livan Hizbullahı bu gün günortadan sonra verdiyi açıqlamada bildirib ki, Qəzza əhalisinə və Fələstin müqavimətinə dəstək məqsədilə saat 11:20-də mücahidlərimiz müvafiq silahlarla işğal olunmuş Fələstinin şimalında sionistlərin “Əl-Asi” bazasını hədəfə aldılar.
Sizin rəyiniz