16 yanvar 2024 at 12:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85356019
T T
0 Persons

Tags

İraqın Kürdüstan bölgəsində müxtəlif hədəflər vuruldu - Düşmən ağır xəsarətə məruz qalıb

Məlumatlı mənbə İRNA ilə söhbətində:

Rask və Kirman terror cinayətləri ilə bağlı əldə edilən əsaslar və ölkənin kəşfiyyat orqanları, xüsusən də SEPAH Qüds Qüvvələrinin əməkdaşlığı ilə Suriyada terror qruplaşmalarının, xüsusilə də İŞİD komandirləri və məsul şəxslərinin bir sıra əsas toplaşma mərkəzləri müəyyən edildi.

Həmçinin İraqın şimal bölgəsindəki İran xalqına qarşı sui-qəsd və təxribatçı hərəkətlərin mərkəzləri sayılan müxtəlif hədəflər də müəyyən edilmişdi və onlardan biri sionist rejimin bu bölgədəki casusluq mərkəzi idi.

SEPAH Aerokosmik Qüvvələri yerli ballistik raketlərdən istifadə etməklə, ölkənin qərb və cənub-qərbindəki bir neçə fərqli nöqtədən bu hədəflərə və fitnə mərkəzlərinə raket zərbələri endirdi. Bu əməliyyatda nəzərdə tutulan məqsədlərə tam nail olundu.

Bu əməliyyatda düşmənə dəyən zərər və itkilərin miqdarı əhəmiyyətli qiymətləndirilir və əlavə qiymətləndirmələr gözlənilir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .