İRNA-nın məlumatına görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei çıxışlarında İmam Xomeyninin (r) ölkəyə gəldiyi günlə bağlı öz duyğuları haqda danışıb.
O deyib: “İmamın gəldiyi gün hamı sevinirdi, gülürdü. İmam üçün hansısa hadisə yarana biləcəyindən narahat olduğum üçün özümü saxlaya bilməyib ağlayırdım. İmamın başına nə gələ biləcəyini bilmirdim, çünki bir sıra təhdidlər var idi. Sonra hava limanına getdik. İmam həmin təfərrüatlarla ölkəyə gəldi. İmamın aramlığı görünən kimi bizim narahatlıq və təşvişimiz tamamilə aradan qalxdı. Yəni İmam öz aramlığı ilə mənə və narahat olan bir çoxlarına aramlıq bəxş etdi.”
Həzrət Ayətullah Xamenei deyib: “Əslində, İmamın gəlişi ilə Uca Allahın Musanın səhabələrinə buyurduğu: “Əgər siz ora daxil olsanız, qalib gələrsiniz” sözünün eynisi, bizim İmamın səhabələri barədə gerçəkləşdi. Elə ki, İmam gəldi, Mütəal Allah qələbəni sabitləşdirdi və bitdi.
Sizin rəyiniz