6 fevral 2024 at 20:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85379278
T T
0 Persons
Qəzzada “Nasir” xəstəxanasının kritik vəziyyəti; dərman çatışmazlığından tutmuş yanacaq çatışmazlığına qədər

Tehran - İRNA - Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü bildirib: “Sionist rejim ordusu Qəzzada Nasir xəstəxanasının mühasirəsini gücləndirib və onun ətrafını şiddətli bombardman edir. Belə ki, xəstəxana böhranlı vəziyyətdədir.”

İRNA-nın ərəb mətbuatına istinadən verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qədəra vurğulayıb: “Sionist işğalçılar bu xəstəxana kompleksinə sığınan 300 tibb işçisinin, xəstəxanada 450 yaralının və 10 min köçkünün həyatını birbaşa təhlükə altında qoyublar.”

O, sözügedən xəstəxana kompleksinin anestezik dərmanlar, reanimasiya xidmətləri, cərrahi əməliyyatlar, eləcə də cərrahi avadanlıq və sap çatışmazlığı ilə üzləşdiyni qeyd edib.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü bildirib: “Nasir xəstəxana kompleksinin elektrik generatorları yanacaq çatışmazlığı səbəbindən dörd gün ərzində sıradan çıxacaq, xəstəxanaya sığınan tibb işçilərinə, yaralılara və qaçqınlara yemək verilmir.”

Sizin rəyiniz

You are replying to: .