13 fevral 2024 at 12:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85385546
T T
0 Persons
ABŞ və sionist rejimin təhlükəsizlik qurumları rəhbərlərinin Misirdə görüşü

Tehran - İRNA - Sionist rejim mənbələri çərşənbə axşamı səhər saatlarında bildiriblər ki, sionist rejimin xarici kəşfiyyat təşkilatı (Mossad) və daxili təhlükəsizlik xidmətinin (Şabak) rəhbərləri, həmçinin israilli əsirlərin işi üzrə məsul şəxs briqada generalı Nitsan Alon Qahirədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Uilyam Börnslə görüşəcəklər.

Sionist mediası bu xəbərin təfərrüatlarını açıqlamasa da, belə nəzərə gəlir ki, görüş əsirlərin mübadiləsi ilə bağlı razılaşma əsasında baş tutur.

Sionist mediası həmçinin bildirib ki, baş nazir Benyamin Netanyahu əsirlərin mübadiləsi ilə bağlı danışıqları bərpa etmək üçün Qahirəyə heyət göndərməyə razılaşıb.

Bu xəbərə görə, heyətə Mossadın rəhbəri (David Barnia) başçılıq edəcək.

Xəbərdə əlavə olunur: “Nümayəndə heyəti əsirlərin mübadiləsi ilə bağlı danışıqları bərpa etmək üçün bu gün, çərşənbə axşamı Qahirəyə yola düşəcək.”

Sizin rəyiniz

You are replying to: .