13 fevral 2024 at 20:13
Jurnalist kodu: 5561
Xəbər kodu: 85386064
T T
0 Persons
Kənani: İrəvanla Bakı arasında sülh sazişinin sürətlənməsi zəruridir

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan və Ermənistan sərhədində gərginliyin artması və son münaqişələrdən narahatlığını ifadə edərək, fikir ayrılıqlarının sülh yolu ilə həllinə çağırıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bir neçə nəfərin həlak olması və yaralanması ilə nəticələnən sərhəd münaqişəsinə münasibət bildirərək hər iki tərəfi təmkinli olmağa və sülhü qorumağa çağırıb.

Nasir Kənani bu iki ölkənin sərhədində gərginliyin artması və son vaxtlar münaqişələrin baş verməsindən narahatlığını ifadə edib, mübahisələrin sülh yolu ilə həllinə çağıraraq vurğulayıb: “Regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar. Bu baxımdan iki ölkə arasında sülh sazişinin bağlanmasını sürətləndirmək zəruridir.”

İRNA-nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi bu gün səhər saatlarında məlumat yayıb ki, Azərbaycan hərbçilərinin Sünik vilayətinin Nerkin Hand bölgəsində Ermənistanın hərbi mövqelərini atəşə tutması nəticəsində bu ölkənin 2 əsgəri həlak olub, çoxlu sayda əsgər yaralanıb.

Sizin rəyiniz

You are replying to: .