Qulamhüseyn Möhsini Ejeyi İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşdə İraq hökuməti və xalqının Qəzza əhalisinə dəstək istiqamətində yaxşı və güclü mövqelərini təqdir edərək, Qəzza əhalisinin qətliam edilməsinin dayandırılması üçün İslam dünyasının Amerika və sionist rejimə qarşı siyasi təzyiqinin artırılmasının vacibliyini vurğulayıb.
Ejeyi əlavə edib: “Bütün İslam dünyası sionist rejimin döyüş maşınına qarşı ayağa qalxmalıdır və Qəzzada sionistlərin vəhşicəsinə və heç bir fərq qoymadan törətdikləri qətliamı dayandırmaq üçün bütün rıçaqları işə salmalıyıq.”
Məhkəmə Sisteminin rəhbəri deyib: “İran İslam Respublikası həmişə İraqda sabitlik, təhlükəsizlik və inkişafı dəstəkləyib və bu ölkəyə müxtəlif sahələrdə problemlərin öhdəsindən gəlməyə kömək etməyə hazırdır.”
Sizin rəyiniz