15 fevral 2024 at 11:40
Jurnalist kodu: 5487
Xəbər kodu: 85387610
T T
0 Persons

Hizbullah: Sionist rejimin hər hücumu uyğun cavabla qarşılaşacaq

15 fevral 2024 at 11:40
Xəbər kodu: 85387610
Hizbullah: Sionist rejimin hər hücumu uyğun cavabla qarşılaşacaq

Tehran - İRNA - Livan parlamentindəki Müqavimətə Sadiqlik fraksiyasının təmsilçisi xəbərdarlıq edib ki, sionist rejimin hər hücumu müqavimətin əzici cavabı ilə qarşılaşacaq.

Livan parlamentindəki Müqavimətə Sadiqlik fraksiyasının təmsilçisi Həsən Fəzlullah deyib: “Düzdür ki, biz müharibənin bədəlini ödəyirik, amma məsuliyyətimizdən əl çəksək, bədəli daha ağır və daha böyük olacaq.”

Hizbullahın müqəddəs məsələyə görə ağır bədəl ödədiyini bəyan edən millət vəkili sionist rejimin hücumlarının genişlənməsinə və onun “Cədra” bölgəsinə çatmasına işarə edib.

Hizbullah Hərəkatının yüksək vəzifəli siyasətçilərindən olan Həsən Fəzlullah deyib: “Livan təcavüzə məruz qalıb və bizim düşmənlə üz-üzə gəlmək, ona bütün mövcud imkan və vasitələrlə müqavimət göstərməkdən başqa çarəmiz yoxdur.”

“Düşmən müharibənin əhatəsini bilərəkdən genişləndirib, lakin bunun Livan İslami Müqavimətinin qərarına heç bir təsiri yoxdur” - deyə, o, qeyd edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .