Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı zamanı Yeddilik Qrupundakı həmkarları ilə görüşdən sonra İtaliyanın xarici işlər naziri jurnalistlərər açıqlamasnda deyib: “İşğal altındakı İordan çayının qərb sahilindəki Fələstin Milli İdarə Yeddilik Qrupunun dəstəyinə malikdir.”
G7-nin iki dövlətli həll yolunu İsrail və HƏMAS arasındakı münaqişənin həllinin açarı hesab etdiyini deyən Tajani vurğulayıb: “Biz Fələstin dövlətinin yaradılmasının tərəfdarıyıq və bunun reallaşması prosesi Qəzzada atəşkəsin yaradılması ilə başlamalıdır.”
Sizin rəyiniz