Avropa Parlamentinin bir qrup nümayəndəsi Fələstin xalqına dəstək məqsədilə FİFA və UEFA-ya məktub göndərərək, İsrailin futbol komandası və klublarının beynəlxalq yarışlarda iştirakının dayandırılmasını tələb edib.
Bu məktubun bir hissəsində deyilir: “Avropa Parlamentinin üzvləri və bu qitə xalqının siyasi nümayəndələri olaraq FİFA, UEFA və digər səlahiyyətli qurumları Fələstində insan haqlarının davamlı şəkildə pozulmasına qarşı qətiyyətli addımlar atmağa çağırırıq. Həm FIFA, həm də UEFA dəyərləri tərvic etməklə bağlı öhdəlik götürüblər. Şübhəsiz ki, bu gün Qəzza zolağında bütün bu dəyərlər pozulur. Futbol Fələstin xalqının işğalı və məhvinə kömək edilməməlidir. Bu səbəblərə görə və Cənubi Afrikadakı aparteid rejiminə veto qoyması kimi tarixi nümunələrə tabe olaraq, biz təzyiq vasitəsi kimi İsrailin dərhal fəaliyyətinin dayandırılmasını istəyirik.”
Sizin rəyiniz