Hüseyn Əmir Abdullahian bu telefon danışığında texnologiya, elm, mədəniyyət, sənaye və ticarət sahələrində ikitərəfli əlaqələrin inkişafı, həmçinin İslam dünyasının, xüsusilə Fələstinin müxtəlif mövzularında müzakirələrə hazır olduğunu bildirib.
O, malayziyalı həmkarı ilə İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasının keçirilməsi təklifi ilə bağlı fikir mübadiləsi aparıb və bu toplantıda fəal iştirak etməyə hazır olduğunu bəyan edib və bu görüşün mübarək Ramazan ayı ərəfəsində Qəzzada soyqırımın dayandırılması və humanitar problemin həlli istiqamətində səmərəli addım olacağına ümid etdiyini bildirib.
Bu telefon danışığında Malayziyanın xarici işlər naziri də İslam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclası fikrini dəstəkləyib və bəyan edib: Malayziya atəşkəs yaratmaq və münaqişələri dayandırmaqda qərarlıdır və İran İslam Respublikasının bu istiqamətdəki səylərini yüksək qiymətləndirir.
İki ölkənin xarici işlər nazirləri həmçinin ikitərəfli ticarət sazişlərinin gücləndirilməsi və iki ölkənin yüksək rütbəli rəsmilərinin Tehran və Malayziyaya səfərinin planlaşdırılmasını müzakirə ediblər.
Sizin rəyiniz