Belçikalı fəal: Yəmən Amerikanın gücünün puç olduğunu sübut etdi

Belçikalı siyasi və media fəalı deyib: “Müqavimət oxunun duruşu Amerikanın hərbi gücünün və müstəqil ölkələri sanksiya və təhdid etmək bacarığının puç olduğunu sübut etdi.

İRNA-nın məlumatına görə, belçikalı siyasi fəal və yazıçı Mişel Kallen bu gün (çərşənbə axşamı) 24-cü İran Media Sərgisini ziyarət edib, İslam Respublikası Xəbər Agentliyinin (İRNA) stendində olub, İRNA-nın beynəlxalq sahə üzrə müxbiri ilə söhbətində ABŞ-ın sosial şəbəkələri və interneti senzura etmək cəhdindən danışaraq deyib: “İnternet inkişaf etməkdə olan ölkələrə çatdığı vaxt NATO sosial şəbəkələrə senzura tətbiq etmək fikrinə düşdü, sosial şəbəkələrdə, hətta Google və YouTube-a senzura və filtrasiya sistemləri yerləşdirdi. Belə ki, müqavimət oxu və anti-Qərb bloqçularının xəbərləri izləyicilərdən gizli qaldı, anti-Amerika və anti-Qərb istifadəçi hesabları və internet saytları bloklandı.”

Bu belçikalı solçu siyasi fəal Qərbin yaratdığı sosial şəbəkələrdə insanların bloklanmasının səbəbini həqiqətin söylənməsi hesab edərək deyib: “Azadlıqsevərlər bloklanır, yalançılar isə İran, Suriya və Venesuela kimi müstəqil ölkələr haqqında yalan danışmağa davam edirlər.”

Kallen dünya mediasını işğalçı rejimi boykot etməyə çağıraraq deyib: “Avropalılar müharibə haqqında maarifləndirilməlidir ki, müharibə və işğalın sərvət qazanmaq üçün olduğunu bilsinlər və onlara dəstək verilməsinlər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .