26 fevral 2024 at 10:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85398307
T T
0 Persons

Tags

Fələstin Muxtar Hökuməti istefa verir

26 fevral 2024 at 10:36
Xəbər kodu: 85398307
Fələstin Muxtar Hökuməti istefa verir

Tehran - İRNA - Xəbər mənbələri bazar ertəsi səhər saatlarında bildiriblər ki, Məhəmməd Aştiyyənin başçılıq etdiyi Fələstin Muxtar Hökuməti bu gün istefa verəcək.

Fələstin Muxtar Hökumətinin Baş naziri Məhəmməd Aştiyyə bu gün, bazar ertəsi kabinetinin istefasını hökumətin başçısı Mahmud Abbasa təqdim edəcək.

Bu xəbərə görə, hazırkı hökumət işləri irəli aparan hökumət kimi fəaliyyətini davam etdirəcək.

HƏMAS-a bağlı mənbə bundan əvvəl “Əl-Ərəbiyyə” telekanalına bildirmişdi ki, bu hərəkat Fələstin Muxtar Hökumətinin başçısı Mahmud Abbasın bu hökumətdə gözlənilən dəyişikliklərinə əhəmiyyət vermir.

HƏMAS-ın bütün qrupların konsensusu ilə Fələstin milli hökuməti qurulması tərəfdarı olduğuna işarə edən bu mənbə əlavə edib: “Növbəti hökumətin konkret tapşırıqları və müvəqqəti müddəti olmalıdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .