2 mart 2024 at 10:51
Jurnalist kodu: 5487
Xəbər kodu: 85405235
T T
0 Persons

Tags

Sionist analitik: İsrail ordusu Qəzzada ilişib qalıb - Netanyahunun əsirlərlə bağlı aldatma siyasəti

Tehran - İRNA - Sionist analitiklərdən biri sionist rejimin baş naziri Binyamin Netanyahunun israilli əsirlərlə bağlı illüziya və aldatma siyasətinə işarə edərək, bu rejim ordusunun Qəzzada tələyə düşdüyünü etiraf edib.

“Yediot Aharnot” sionist rejim mediasının analitiki Barnin Perqman deyib: “İlk əsir mübadiləsindən üç ay keçdiyi bir vaxtda bütün israillilərə aydın oldu ki, onların hamısı yalan və reallıqdan uzaq illüziyalara düçar olublar, nazirlər kabineti, təhlükəsizlik mərkəzləri və onlara bağlı medialar israilliləri illüziyalara və yalanlara sürükləyir.”

Barnin Perqman əlavə edib: “İsrail ordusu Qəzza burulğanına ilişib, əsirlərin vəziyyəti çox çətinləşib, israillilər təhrif olunmuş məlumatların və yalanların əsiri olub, digər tərəfdən İsrail ordusu Qəzzadan geri çəkilib və Xan Yunisdə əməliyyat aparmaq üçün cəmi beş kiçik bölmə saxlayıb.”

Sionist analitikin fikrincə, Qəzzədə bir il qalmaq istəyən və bunu mümkün hesab edən  çox sadə bir insandır. Çünki dünya Təl-Əvivin Qəzzada qalmasına icazə verməyəcək. Digər tərəfdən, beynəlxalq təzyiqlərlə yanaşı, ordu Qəzzada ağır itkilər verib. 

0 Persons

Sizin rəyiniz

You are replying to: .