5 mart 2024 at 16:39
Jurnalist kodu: 5487
Xəbər kodu: 85409221
T T
0 Persons

Tags

Əmir Abdullahian Ciddəyə gəldi

5 mart 2024 at 16:39
Xəbər kodu: 85409221
Əmir Abdullahian Ciddəyə gəldi

Tehran – İRNA - İranın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Qəzza ilə bağlı iclasında iştirak etmək üçün Ciddəyə gəlib.

İslam Əməkdaşlıq Təşkilatı Qəzzadakı vəziyyəti nəzərdən keçirmək üçün çərşənbə axşamı, martın 5-də Ciddədə İslam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasını keçirəcək.

İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü var və baş qərərgahı Ciddə şəhərində yerləşir.

Təşkilatın baş katibi və bir hüquq qrupu İsrailin Fələstin xalqına qarşı cinayətlərini əsas gətirərək fevralın 26-da Beynəlxalq Ədalət Məhkəməsinə şifahi şikayət təqdim edib.

İranın xarici işlər naziri bundan əvvəl bəzi həmkarları ilə söhbət edərək Qəzzadakı vəziyyətlə bağlı İslam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasının çağrılmasını istəmişdi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .