Yəhya Sərii bu əməliyyatda dəniz raketləri və pilotsuz təyyarələrdən istifadə edildiyini qeyd edib.
“Qəzzada müharibə dayanana və bu zolağın blokadası götürülənə qədər əməliyyatlarımızı davam etdirəcəyik” - deyə, o bir daha vurğulayıb.
Yəmən ordusu ötən bir neçə ayda Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bir neçə sionist rejimə aid və ya bu rejimlə əlaqəli gəmini hədəfə alıb.
Yəmən ordusu qüvvələri söz veriblər ki, sionist rejim Qəzzaya hücumlarını dayandırmayana qədər Qırmızı dənizdə bu rejimin gəmilərinə və ya işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklər.
Sizin rəyiniz