Rabitə naziri İsa Zarepur hökumət nümayəndə heyətinin iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib: “İslami Şura Məclisi və Rəhbərlik Ekspertlər Məclisinin seçkiləri üçün səsvermə günü rabitə şəbəkəsində böhran yaratmaq məqsədilə 20-dən çox cəhd oldu, lakin bütün bunlar aşkar edilərək aradan qaldırıldı. Hətta bir yerdə fiber-optik kabelə çatmaq üçün yeri bir metr yarım qazmışdılar, amma aşkar edildi və zərərsizləşdirildi.”
İ. Zarepur deyib: “Bir həftə əvvəl Rusiyadan “Soyuz” peykdaşıyıcısı ilə orbitə çıxarılan Pars peyki sensor peyki olaraq 100% yerli istehsaldır. Orbit sınaqları həyata keçirilməkdədir. Peyk alt sistemləri yaxşı işləyir. Bu peykin təsvirlərindən yaxın bir-iki ay ərzində istifadə olunacaq.”
Pars 1-in İranın istehsal etdiyi ən mürəkkəb peyk olduğunu bəyan edən Rabitə naziri deyib: “Peykdən aldığımız siqnallar yaxşıdır. Ümid edirik ki, yaxın iki ay ərzində biz bu tamamilə yerli peykdən ilk görüntüləri ala biləcəyik.”
Sizin rəyiniz