BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Maykl Fəxri deyib: “Sionist rejim Qəzza zolağına humanitar yardım aparan karvanları bombalayır, halbuki, onların hansı bölgəyə doğru hərəkət etdiyini bilir.”
Sionist rejim ordusu bu yaxınlarda Qəzza şəhərinin Əl-Rəşid küçəsində humanitar yardım almaq üçün gözləyən fələstinli qaçqınlara hücum etdi, bu hücumda yüzdən çox insan şəhid oldu və minə yaxın insan yaralandı. Bu müddət ərzində humanitar yardım karvanı dəfələrlə sionist ordusunun hücumlarına məruz qalıb.
BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi vurğuladı: “Aydındır ki, İsrail heç bir yardımın Qəzzada ehtiyaclı insanlara çatmasını istəmir.”
O, sionist rejimin Qəzza zolağına qarşı aclıq müharibəsinə başladığına toxunaraq deyib: “İsrailə Beynəlxalq Ədalət Məhkəməsinin ilkin qərarına məhəl qoymadığı üçün sanksiya tətbiq edilməlidir.”
Sizin rəyiniz