Ermənistanın Müdafiə naziri Tehranda Müdafiə Nazirliyinin qərargahında İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Aştiyani ilə görüşüb və müzakirə aparıb.
Bu görüşdə Aştiyani bütün qonşularla əlaqələrin gücləndirilməsi məsələsinin İran İslam Respublikasının xarici siyasətinin prinsiplərindən biri olduğunu bəyan edərək deyib: “Ermənistan qonşuluq münasibətlərində xüsusi əhəmiyyət kəsb edir və Ermənistan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr daim inkişaf edib.”
Müdafiə naziri regionda hərtərəfli və sabit sülhün dəstəklənməsini İslam Respublikasının mövqelərindən biri hesab edərək deyib: “İran İslam Respublikasının qətiyyətli mövqeyi region ölkələrinin ərazi bütövlüyünü və onların bütün əraziləri üzərində suverenlik hüquqlarını dəstəkləmək və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməməsidir. Qafqaz regionu ilə bağlı da bu siyasətə sadiqik. İki qonşu olan Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların, sabit sülhün və birbaşa əlaqələrin tərəfdarıyıq və bunu Qafqaz regionunun tərəqqisi və inkişafı üçün əsas hesab edirik.”
Regiondaxili təhlükəsizlik və regional təhlükəsizlik mexanizmlərini vurğulayan Müdafiə naziri deyib: “Təhlükəsizliyi regiondan kənarda axtarmaq əks nəticə verir, bölgəni güc münaqişəsi meydanına çevirir və regionda təhlükəsizlik və sabitliyə daha çox problemlər yaradır. Ona görə də Qafqaz regionunun başqaları üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik, çünki bu halda hər bir ölkənin sabitliyi və təhlükəsizliyi təhlükə altına düşəcək.”
Ermənistanın Müdafiə naziri Suren Papikyan da bu görüşdə İran və Ermənistan dostluğunun tarixi və bir neçə min illik olduğunu bəyan edərək deyib: “Hər iki ölkənin regionda sabitliyə eyni baxışının olması bizim üçün çox önəmlidir. Biz regional inkişaf və təhlükəsizliyi nəzərə almaqla ikitərəfli münasibətləri daha da yaxınlaşdırmağa çalışmalıyıq. Bu istiqamətdə Azərbaycan və Ermənistan ölkələri arasında sülhün möhkəmləndirilməsi və dostluq əlaqələrinin genişləndirilməsi ilə bağlı İran İslam Respublikasının fikri ilə razıyıq.”
Müdafiə naziri: Qafqaz regionu başqaları üçün rəqabət meydanına çevrilməməlidir
6 mart 2024 at 23:03
Xəbər kodu:
85410710
Tehran - İRNA - İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri ermənistanlı həmkarı ilə görüşündə deyib: “Təhlükəsizliyi regiondan kənarda axtarmaq əks nəticə verir, bölgəni güc münaqişəsi meydanına çevirir, regionda təhlükəsizlik və sabitliyə daha çox problemlər yaradır. Ona görə də Qafqaz regionunun başqaları üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik.”
Sizin rəyiniz