Tehran - İRNA - İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri ermənistanlı həmkarı ilə görüşündə deyib: “Təhlükəsizliyi regiondan kənarda axtarmaq əks nəticə verir, bölgəni güc münaqişəsi meydanına çevirir, regionda təhlükəsizlik və sabitliyə daha çox problemlər yaradır. Ona görə də Qafqaz regionunun başqaları üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik.”
8-ci Beynəlxalq Müdafiə və Dəniz Sərgisi (DIMDEX 2024) bazar ertəsi (4 mart) günortadan əvvəl Dohada İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Məhəmmədrza Aştiyani və dünyanın müxtəlif ölkələrindən yüksək rütbəli hərbi rəsmilərinin iştirakı ilə açıldı.