Amerika mediası yüksək rütbəli Amerika müdafiə rəsmisinə istinadən yerli vaxtla çərşənbə günü Yəmənin yük gəmisinə hücumu nəticəsində iki amerikalı dənizçinin həlak olduğunu bildirib.
Adının çəkilməsini istəməyən ABŞ hərbi rəsmisi True Confidence gəmisindən tüstü çıxdığını və gəminin yaxınlığında suda xilasedici qayığın göründüyünü bildirib.
ABŞ hərbi rəsmisi həmçinin əlavə edib ki, Liberiya bayrağı altında üzən gəmiyə dəyən ziyanın həcmi hələ məlum deyil, lakin ekipaj gəmini tərk edib və xilasedici qayıqları suya salıblar ki, bu da ciddi insidentdən xəbər verir.
Adının açıqlanmasını istəməyən digər iki Amerika rəsmisi isə təfərrüatları açıqlamadan hücumun itkilərinin olduğunu etiraf edib.
Sizin rəyiniz