Fələstinin Səhiyyə Nazirliyi Qəzzada bu bölgəyə təcavüzün 154-cü günündə bildirib: “Son 24 saat ərzində sionist rejim Qəzza zolağında 8 qətliam törədib, bu qətliamlarda 78 nəfər şəhid olub, 104 nəfər yaralanıb.”
Nazirlik əlavə edib ki, oktyabrın 7-dən bu yana sionistlərin təcavüzü nəticəsində yeni şəhidlər də daxil olmaqla 30 min 878 fələstinli şəhid olub, 72 min 402 nəfər isə yaralanıb.
Fələstin Səhiyyə Nazirliyi həmçinin Qəzzada zorakılıq qurbanlarının 72%-nin qadın və uşaqlar olduğunu vurğulayıb.
Digər tərəfdən, BMT Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) da Qəzzada hər gün orta hesabla 63 qadının şəhid olduğunu açıqlayıb.
Sizin rəyiniz