Yediot Aharnot” qəzeti bununla bağlı bildirib: “Yüzlərlə israilli Təl-Əviv yaxınlığındakı Rahufut qəsəbəsində nümayiş keçirdi.
Bu nümayişdə sionist etirazçılar şüarlar səsləndirərək baş nazir Benyamin Netanyahunun kabinetinin devrilməsini tələb etdilər.
Etirazçılar hazırkı kabinetin fəaliyyətini də tənqid edib və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdilər.
Fələstin müqavimətinin Əl-Əqsa Tufanı əməliyyatı sionist rejim səlahiyyətliləri arasında siyasi fikir ayrılığının dərinləşməsinə səbəb olub.
Sionist mühacirlərin aksiyaları davam edir; Netanyahunu devirmək çağırışı
9 mart 2024 at 23:05
Xəbər kodu:
85413500
Tehran - İRNA - Bu gün (şənbə) media mənbələri Təl-Əviv yaxınlığında yüzlərlə sionist mühacirin sionist rejimin kabinetinə qarşı nümayişləri barədə məlumat yayıb.
Sizin rəyiniz