12 mart 2024 at 23:09
Jurnalist kodu: 5561
Xəbər kodu: 85416927
T T
0 Persons

Tags

İran və İraqın xarici işlər nazirləri Qəzzada soyqırımın dayandırılmasını vurğulayıblar

Tehran - İRNA - İran İslam Respublikası və İraq Respublikasının xarici işlər nazirləri telefon danışığında ikitərəfli əlaqələr və Qəzzadakı son hadisələri müzakirə ediblər və Qəzzada soyqırımın dayandırılması və bu ölkəyə təcili humanitar yardım göndərilməsi üçün səylərin və siyasi addımların artırılmasını vurğulayıblar.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İraq Respublikasının xarici işlər naziri Fəvad Hüseyn arasında çərşənbə axşamı, martın 12-də telefon danışığı olub və onlar müzakirələr aparıblar.

Xarici işlər nazirinin İslam ölkələrinin xarici işlər nazirlərinə təbrikinin davamı olaraq və mübarək Ramazan ayının əvvəlində baş tutan bu telefon danışığında tərəflər İran və İraq arasında yüksək ikitərəfli əlaqələri və müzakirə ediblər və ikitərəfli münasibətlərin artan tendensiyasının davam etdirilməsi və iki ölkə prezidentləri arasında əldə olunmuş razılaşmalarının təqibi və həyata keçirilməsi vurğulanıb.

Bu telefon danışığında tərəflər, həmçinin Əlcəzairdə OPEK-in qaz sammiti çərçivəsində iki ölkə prezidentlərinin son görüşünə də toxunub, ikitərəfli imtiyazlı münasibətlərin son vəziyyətini nəzərdən keçirib, regionda təhlükəsizliyin bərqərar olması və sabitləşdirilməsi məqsədilə iki ölkə arasında məsləhətləşmələrin artırılması və əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .