Əbdüs-Səlam: Qəzzaya dəstək verməkdə Yəmənin mövqeyi sabit və davamlıdır

Tehran - İRNA - Ənsarullah Hərəkatının sözçüsü və danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüs-Səlam deyib: “Yəmənin Qəzzaya dəstək mövqeyi həmişə sabit və davamlıdır.”

Əbdüs-Səlam Telegram sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb ki, Qəzzaya dəstək (İsrailə gedən kommersiya gəmilərinin hədəfə alınması) Təl-Əvivin təcavüzü dayandırılana, blokada qırılana və bütün Qəzza zolağına humanitar yardım daxil olana qədər davam edəcək.

“Yəmən heç vaxt öz mövqeyindən geri çəkilməyəcək” - deyə, o, əlavə edib.

Əbdüs-Səlam vurğulayıb: “Fələstini dəstəkləmək dini, insani və mənəvi bir məsuliyyətdir və hər bir müsəlman və azad insan Qəzza xalqına kömək etməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .