ABŞ-İngiltərə təcavüzkar koalisiyası Yəmənin Hudeydə şəhərinə hava hücumu edib

Tehran – İRNA - ABŞ və İngiltərənin təcavüzkar koalisiyası bu gün axşam (cümə axşamı) Hudeydə əyalətinin (Yəmənin qərbi) Beytul-Fəqih şəhərindəki "Əl-Cah" bölgəsini bombalayıb.

Bu hava hücumu dörd mərhələdə həyata keçirilib.

Dünən (çərşənbə) Amerika və İngiltərə qırıcıları Yəmənin qərbində yerləşən Hudeydə beynəlxalq hava limanını üç dəfə bombalayıb.

Yəmən silahlı qüvvələri ötən aylarda Qəzza xalqına dəstək olmaq üçün Qırmızı dəniz, Hind okeanı və Bab əl-Məndəb boğazında sionist rejimin və ya bu rejim üçün yük daşıyan bir neçə gəmini hədəfə alıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .