15 mart 2024 at 14:07
Jurnalist kodu: 5487
Xəbər kodu: 85419144
T T
0 Persons

Tags

Netanyahu HƏMAS-ın atəşkəs şərtlərini qəbul etmədi

15 mart 2024 at 14:07
Xəbər kodu: 85419144
Netanyahu HƏMAS-ın atəşkəs şərtlərini qəbul etmədi

Tehran - İRNA - Sionist rejimin baş nazirinin ofisi Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Qəzzada atəşkəs razılaşması ilə bağlı verdiyi cavaba ilkin reaksiyada bu hərəkatın şərtlərini “ağıldan uzaq” hesab edib və onu qəbul etməyib.

Sionist rejimin baş naziri Binyamin Netanyahunun ofisi yaydığı bəyanatda iddia edib: “HƏMAS-ın atəşkəs danışıqları ilə bağlı yeni mövqeyi hələ də “əsassız tələblər”ə əsaslanır.”

Netanyahunun ofisi danışıqların uğursuzluğunda HƏMAS hərəkatını günahlandırmağa səy edərək iddia edib: “HƏMAS-ın tələbləri “məntiqsiz və əsassızdır” və biz bu barədə müharibə kabinetinə məlumat verəcəyik.”

Reuters xəbər agentliyi xəbər verir ki, HƏMAS-ın birinci mərhələdəki təklifi 1000-ə yaxın fələstinli əsirin azadlığa buraxılması müqabilində qadın, qoca və xəstə sionist əsirlərin azad edilməsini nəzərdə tutur.

Bu hesabata əsasən, HƏMAS-ın təklifi sionist rejimin Qəzza zolağından çıxarılmasının yekun tarixinin razılaşmanın birinci mərhələsinin başa çatmasından sonra olduğunu göstərir.

Reuters həmçinin qeyd edib ki, HƏMAS-ın təklifinə əsir mübadiləsinin ikinci mərhələsində hər iki tərəfdən olan bütün əsirlərin azad edilməsi də daxildir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .