18 mart 2024 at 14:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85421917
T T
0 Persons

Tags

Putin beşinci dəfə Rusiya Prezidenti oldu

18 mart 2024 at 14:20
Xəbər kodu: 85421917
Putin beşinci dəfə Rusiya Prezidenti oldu

Moskva - İRNA - Rusiya Mərkəzi Seçki Komissiyasının sədri bildirib: “Vladimir Putin bu ölkənin səkkizinci prezident seçkilərində səslərin böyük əksəriyyətini qazanaraq beşinci dəfə prezident olub.”

İRNA müxbirinin Moskvadan verdiyi məlumata görə, Ella Pamfilova 18 mart bazar ertəsi günü Rusiyada üç günlük prezident seçkilərinin nəticələrinə dair hesabatında əlavə edib: “Seçkilərin bu dövründə iştirak müasir Rusiya tarixində rekord idi. Çünki səsvermədə 87 milyon 100 mindən çox rusiyalı iştirak edib.”

Onun sözlərinə görə, Rusiyada keçirilən bu seçkidə iştirak hüququ olanların 77,44 faizi iştirak edib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri deyib: “Bu ölkədə prezident seçkiləri çox gözəl və layiqli keçirildi, ictimai iştirakçılıq yüksək və misilsiz idi, Putin qəti və inamlı qələbə qazandı.”

Sizin rəyiniz

You are replying to: .