18 mart 2024 at 14:38
Jurnalist kodu: 5487
Xəbər kodu: 85421930
T T
0 Persons

Tags

Borrel: Qəzza dünyanın ən böyük qəbiristanlığına çevrilib

18 mart 2024 at 14:38
Xəbər kodu: 85421930
Borrel: Qəzza dünyanın ən böyük qəbiristanlığına çevrilib

London - İRNA - Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi Qəzzada baş verən humanitar böhrandan narahatlığını bildirib və bu bölgənin dünyanın ən böyük qəbiristanlığına çevrildiyini deyib.

Bazar ertəsi Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası ərəfəsində Cozep Borel Brüsseldə jurnalistlərə deyib: “Qəzza müharibədən əvvəl ən böyük açıq həbsxana idi və indi ən böyük açıq qəbiristanlıqdır. Bu ərazidə on minlərlə fələstinli və bir çox beynəlxalq humanitar qanunlar dəfn edilib.”

Fələstin Səhiyyə Nazirliyinin son bəyanatına əsasən, sionist rejimin oktyabrın 7-də Qəzza zolağına hücumunun başlanğıcından bu yana Qəzza zolağında şəhid olanların sayı 31 min 726 nəfərə çatıb.

Sizin rəyiniz

You are replying to: .