Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sionist rejimin Fələstinin qərb sahilində İordan çayı vadisində fələstinlilərə məxsus 800 hektar ərazinin müsadirə edilməsi ilə bağlı yeni qərarını qətiyyətlə pisləyib, bunu Fələstin xalqının ayrılmaz və təbii hüquqlarına qarşı oğurluq və aşkar və qeyri-qanuni təcavüz, sülh və təhlükəsizliyə və beynəlxalq qaydalara qarşı müharibə kimi qiymətləndirib.
N. Kənani Fələstin xalqına məxsus torpaqların daha bir hissəsinin qəsb edilməsini sionist rejimin Qəzza zolağındakı vəhşi və cinayətkar əməllərinin tamamlanması və Fələstin xalqını dənizdən çaya qədər məhv etmək və bu xərçəng şişini tarixi Fələstin torpaqlarında yaymaq kimi mənfur və şər siyasətinin davamı hesab edib.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “1993-cü ildən bəri Fələstin torpaqlarının ən böyük müsadirəsi kimi qəbul edilən son qanunsuz və təhlükəli qərar sionist rejimin fələstinlilərə qarşı hərbi cinayətlərinin davamı və beynəlxalq qanunlar, qaydalar və insani hüquqların kobud şəkildə pozulmasının bariz nümunəsidir.”
Sizin rəyiniz